13 Avqust 2020 23:57
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə “Azneft” dairəsində qeydə alınıb.

İki minik avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Quliyev Raul Abbasqulu oğlu müxtəlif bədən xəsarətləri alib.

Yaralı əraziyə çağırılan təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com