17 Avqust 2020 12:30
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda taksi sürücüsünə qarşı cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qazax rayon polis şöbəsinə avqustun 15-də şəhər ərazisində Xanlıqlar kənd sakini M.Ömərovun idarə etdiyi “AzSamand” markalı avtomobilə sərnişin qismində minən bir nəfərin onu avtomobildən düşürərək 106 manatını alıb hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini B.Hüseynov müəyyən edilərək avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qazax rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər