22 Avqust 2020 19:19
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Televiziyası (AZTV) Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinə keçirilən toy mərasimi ilə bağlı süjet hazırlayıb.

Teleqraf.com xəbər verir ki, süjetdə Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyu ətrafında baş verənlərdən söz açılıb, akademik tənqid olunub, onun kürəkəni keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin inzibati qaydada həbs olunduğu vurğulanıb.

Süjetdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov sərt tənqid edilib, telekanal onun 2018-ci ildə baş verən şərab qalmaqalı xatırladıb:

"Toyda iştirak edənlərdən biri də Abel Məhərrəmovdur. O da baş verənlərə görə mənəvi məsuliyyət daşıyır. Toyda "tost" deyən Abel Məhərrəmov bu situasiya ilə 2018-ci ildə qarşı-qarşıya gəlmişdi. Söhbət Abel Məhərrəmovun İspaniyada qurduğu şərab biznesindən gedir. Onun şərab dolu çəlləkləri Şeyxin təyyarəsində Azərbaycandan İspaniyaya aparılmışdı. Ziyalı adına yaraşmayan bu addımı onu 20 ilə yaxın işlədiyi vəzifəsindən uzaqlaşdırdı".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər