Daxili İşlər Nazirliyi Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, avqustun 24-də saat 15 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Zaqatala rayon sakini Ə.Nəbiyev idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobusu aşırıb.
Nəticədə sərnişinlərindən Qax rayon sakini Əminə Şövkətli hadisə yerində ölüb, digər sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.