26 Avqust 2020 09:30
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunun Horadiz şəhərində ümumi sahəsi 142 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər (yataq xəstəsi) yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com