Bir neçə müxalif təşkilatın cəmləşdiyi Milli Şura bu gün Bakıda icazəli mitinq keçirib. Teleqraf.com-un məlumatına görə, aksiya başlamazdan əvvəl iştirakçılar “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda toplaşıblar. Mitinq iştirakçıları stadiona buraxılmazdan əvvəl minaaxtaranlar və kinoloqlar stadionda partlayıcı və ya təhlükəli maddələrin olub-omadığını öyrənmək üçün axtarış aparıblar. Saat 15:00-da iştirakçılar minaaxtaran qurğu ilə yoxlanılaraq stadiona buraxılıblar.
Milli Şuranın sədri Cəmil Həsənlinin etirazına baxmayaraq, Müsavat Partiyası da mitinqdə iştirak edib. Milli Şuranı mitinqdə Müsavat Partiyasının indiki başqanı Arif Hacılı, qardaşı Mustafa Hacıbəyli, həmçinin Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər təmsil ediblər. Bundan başqa, mitinqdə AXP sədri Pənah Hüseyn və başqa tanınmış müxalifətçilər də qatılıblar.
İcazəli mitinq saat 15:00-dan 17:00-a qədər davam edib.