26 Avqust 2020 15:19
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayon Məhkəməsində avtobus sürücüsünü vurmaqda təqsirləndirilən Anar Nehmətlinin məhkəmə prosesi keçirilib.

Daxili işlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məhkəmənin qərarı ilə Anar Nehmətli 30 gün müddətinə həbs olunub.

***

10:20

İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirlib.

Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abeşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər