12 Oktyabr 2014 19:46
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milli Şura”nın bu gün keçirdiyi mitinq Azərbaycan radikal siyasi müxalifətinin iflasının daha bir göstəricisi oldu".

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Şuranın bu gün keçirilən aksiyasını şərh edən YAP-çı millət vəkili Aydın Mirzəzadə söyləyib. O, qeyd edib ki, hər zaman böyük iddialarla çıxış edən, cəmiyyəti idarə etmək arzusunu daim önə çəkən “siyasətçilər” kiçik bir dəstə ilə, sadəcə, bir tədbir keçirməli oldular.

"Yəni, bugünki tədbiri qətiyyən mitinq adlandırmaq olmazdı. Çıxışlarda şüarlar səsləndirilməsinə, bayraqların qaldırılmasına baxmayaraq, orada cəmi bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün çox kiçik rəqəmdir. Buradan belə bir təəssürat yaranır ki, onlarla siyasi partiyanın toplayacağı qüvvələr, “Məhsul” stadionunun onda birini dolduracaq qədərdir. Həmçinin Azərbaycan müxalifətçiləri ümumən şəxsi texnologiyanı da mənimsəmədiklərinin fərqindədirlər", - A.Mirzəzadə əlavə edib.

Millət vəkilinin sözlərinə görə, “Milli Şura”nın mitinqində nə təşkilatçılıq var idi, nə də bir sistemlilik nəzərə çarpırdı. Orada iştirak etməyən siyasi partiyaların bayraqlarının qalıdırılması da, istənilən tədbirdə görünmək arzusundan başqa bir şey deyildi. Bu gün seçkidən-seçkiyə bloka yaradan, seçkilərarası bir-birinə qarşı mübarizə aparan müxalifət nümayəndələrinin orada iştirakı isə "görüntü diplomatiyasından" başqa bir şey deyildi.

Ümumilikdə belə aksiyaların keçirilməsi Azərbaycanda radikal müxalifətin gücünü, vətəndaşların onlara inanmadığını, arxasınca getmədiyini və heç bir halda onlara dəstək olmayacağını ortaya qoyur.

"Milli Şuranın keçiridiyi mitinqində AXCP fəalları tərəfindən “İraqın Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının bayraqlarını qaldırılması isə onların çox şübhəli əlaqələrindən xəbər verir", millət vəkili vurğulayıb.

Qeyd edək ki, Milli Şuranın bu gün keçirilən aksiyasında İŞİD terror təşkilatının bayrağını qaldıran 4 nəfər həbs edilib.


Müəllif:

Oxşar xəbərlər