27 Avqust 2020 09:29
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş veib.

Teleqraf.com xəbər verir ki, rayonun S.Məmmədova küçəsində yerləşən Ş.Hüseynovun icarə əsasında işlətdiyi şirniyyat mağazasının paltardəyişmə otağında şalvarının cibindən 770 manat oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü A.Salahova saxlanılıb.

A.Salahova həmin mağazada işçi olub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər