Lerik rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb.
Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Lerik rayon polis şöbəsində araşdırma aparılır.