28 Avqust 2020 08:25
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda 3 yaşlı uşaq binadan yıxılaraq ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonda yerləşən məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verib.

Belə ki, əmisi evinə qonaq gedən və nəzarətsiz qalan 3 yaşlı Fərhan Qədimov 5-ci mərtəbədən yıxılaraq müxtəlif növ bədən xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Vəziyyəti ağır olduğundan oradan Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Fərhan Qədimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər