Salyan rayon sakininin qadınları fahişəliyə cəlb etməsi faktı aşkar olunub. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, 1996-cı il təvəllüdlü Murad Əliyev tutulub.
Murad Əiliyevin qadınları fahişəliyə cəlb etməsi ilə bağlı baş idarəyə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat qrulub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Murad Əliyevin gəlir əldə etmək məqsədilə gənc qızları fahişəliyə cəlb etməsi faktı aşkar olunub.
Murad Əliyev həbs edilib. O, ifadəsində özünü təqsirli bilib. Murad Əliyev pul qazanmaq məqsədilə bu addımı atdığını deyib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov