31 Avqust 2020 00:58
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvanda çərpələng uçurma festivalında qorxulu anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki,Tayvanın Hsinçu şəhərinin Nanliao körfəzində ötən gün keçirilən uçurtma festivalı zamanı havaya buraxılan parçanın bir ucu 3 yaşlı qızın bədəninə dolanıb.

Güclü külək azyaşlını 10 metr yüksəkliyə qaldırıb. Küləyin sürəti azaldıqdan sonra havadakı parça yerə düşüb və qızcığan xilas edilib.

Uşağın həyatına təhlükənin olmadığı bildirilir.


Müəllif: Teleqraf.com