Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Biləcəri qəsəbəsində yaşayan Xaliq Bağırovun yaşadığı evdə qətlə yetirilməsi barədə 6-cı polis bölməsinə müraciət daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirləri keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin mərhumun kürəkəni Zəngilan rayon sakini A.Hüseynəliyev tərəfindən törədilməsi müəyyən edilib.
A.Hüseynəliyev saxlanılaraq istintaqa təhvil verilib.