1 Sentyabr 2020 16:20
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il noyabrın 10-da Masallı rayonu Ağakişibəyli kənd sakini Bəhruz Quliyevə çoxsaylı bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə Masallı Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Teleqraf.com-a Masallı rayon Prokurorluğundan bildirilib.

İstintaqla zərərçəkmişin tanışı Rafiq Gülverdiyevin şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Bəhruz Quliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər