1 Sentyabr 2020 23:00
1 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda nəşr olunan bir kitabda Azərbaycan türkləri təhqir edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Güney Azərbaycandan olan milli fəallar məlumat yayıblar.

Məlumatda Əbülhəsən Nəcəfinin müəllifi olduğu “Fars xalq deyimləri” adlı kitabda “türk” sözü “söz anlamayan şəxs” mənasında təqdim edilib.

Kitab 1999-cü ildə nəşr edilsə də, sözügedən bölmə yenidən etirazlara səbəb olub. Milli fəallar bunun fars şovinizminin ifşa edilməsi məqsədilə gündəmə gətirildiyini bildiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər