2 Sentyabr 2020 11:40
2 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini Ədalət Novruzov saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional qrupundan bildirilib.

Məlumata görə, Ədalət Novruzovun rayon ərazisində bir vətəndaşa qarşı soyğunçuluq edərək, onun mobil telefonunu əlindən alması müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Ədalət Novruzovun soyğunçuluq yolu ilə əldə etdiyi bir ədəd mobil telefon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla əlaqədar həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.


Müəllif: Hacı Zeynalov