Bakıda qaldırıcı kran aşdığı əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Bu barədə Teleqraf.com-a nazirliyin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.
İlkin məlumata görə, binaya və bir neçə avtomobilə ziyan dəyib.
***
14:32
Bakıda kran aşıb.
Məlumata görə, hadisə Həsən Əliyev küçəsində baş verib. Hadisə yerində olan şahidlərin sözlərinıə görə, ərazidə bina tikintisi üçün istifadə olunan kran aşıb.
Hazırda hadisə yerinə FHN əməkdaşları cəlb olunublar./trend/