Daxili İşlər Nazirliyi Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, sentyabrın 5-də saat 22 radələrində Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Səlim Alışovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bundan başqa, sentyabrın 7-də saat 1 radələrində Xaçmaz rayonunun Tikanoba kəndi ərazisində kənd sakini T.Vələdov “VAZ-2111” markalı avtomobili idarə edərkən yolu keçən 40-45 yaşlı kişini vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.