8 Sentyabr 2020 08:05
1 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarında yol polisi Milli Məclisin deputatı Razi Nurullayevin idarə etdiyi avtomobili saxlayıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb avtomobilin arxa işıqlarından birinin işləməməsi göstərilib.

Deputat yol polisinin onu saxlamasından və onunla davranışından narazı qalıb.

R.Nurullayev bununla bağlı sosial şəbəkə hesabında qeyd edib.

"Bu nömrə nişanı (foto əlavə olunur - red) Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi. Saat 22.50.

Birincisi, maşının arxasınca düşüb saxlamaq nə deməkdir? Quldur qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır.

Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır, axı deyəsən. Baxırıq yanır. Nömrə üzərinə düşən işıq zəifdir.

Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o, deputatdırsa sənəd göstərsin. Sözün və filmin sonu.

Bu məsələdə, hörmətsizlik və qanunsuzluq edən polis nəfərlərinə güzəşt olmayacaq. Gözləyirəm"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər