Azərbaycanda yeni seçki dairələri yaradılıb.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarına dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Seçki Məcəlləsinə uyğunlaşdırılması məsələsi müzakirəyə çıxarılıb.
Məsəlı barədə məlumat verən MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, 6 Seçki Dairəsində dəyişiklik etməyə ehtiyac yaranıb. O, 4 dairədə seçicilərin sayı azaldığını, 2 dairədə seçicilərin sayının artdığını xatırladıb. Sumqayıt, Abşeron və Xızı rayonlarını əhatə edən seçki dairələrinin yenidən təşkili və 3 yeni seçki dairəsinin (41, 44 və 50 saylı) yaradılması təklif edilib.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.