Gəncə şəhərində yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan gəncin barəsində cinayət işi başlanıb.
Teleqraf.com-un xəbərinə görə, hadisə şəhərin Nizami rayonunda baş verib.
Gəncə şəhər sakini Səfərov Asiman Ziyad oğlu sevdiyi qızla cinsi əlaqədə olub.
Daha sonra o, soyuq silah hesab olunan kəsici-deşici alətlə xuliqanlıq etməsi müəyyən olunub.
İstintaq orqanı tərəfindən Asiman Səfərovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham elan edilib.
İstintaq gedir.