Kürdəmir rayonunda 47 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Rəsulova Şəfa Baləli qızı yaşadığı evin hamamında çimərkən onu elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ş.Rəsulova iki uşaq anası idi.