Batumidə vətəndaşlar karantin otelindən qaçmağa cəhd göstəriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Mtavari Arkhi" kanalı məlumat yayıb.
Vətəndaşların sözlərinə görə, karantin 8 gün olmasına baxmayaraq onlar 10 gün saxlanılıblar:
“Dünən test götürdülər və cavabın gələcəyini dedilər, lakin hələ də gəlməyib. Nə edək? Bizə yazıqları gəlmirmi? Evə getmək istəyirik, hər birimizin ailəsi var, problemlərimiz var, biz də insanıq!”, - deyə karantində olan vətəndaşlar bildiriblər. Bir neçə nəfər karantin mərkəzini özbaşına tərk ediblər.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı polis araşdırmaya başlayıb.