21 Sentyabr 2020 01:16
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində avtomobillə 1999-cu il təvəllüdlü Məsimov Musa Heydər oğlunun idarə etdiyi motosiklet toqquşub. Hadisə zamanı M.Məsimov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Şahidlərin sözlərinə görə, minik avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. Lakin o, sonradan saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com