21 Sentyabr 2020 23:56
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ-İsmayıllı yolunda bir nəfərin xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 1969-cu il təvəllüdlü Məmmədova Məlahət Rəsul qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona hər iki baldır, sol dirsək oynağının əzilməsi və döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com