24 Sentyabr 2020 09:59
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 23-ü saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bərdə Rayon Prokurorluğundan məlumat daxil olub.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə yumurtalığın boğulmuş kistası diaqnozu ilə daxil olduğu Bərdə Rayon Mərkəzi Xəstəxanasında kistanın çıxarılması cərrahi əməliyyatı olunduqdan sonra ölmüşdür.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər