Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard ilə görüşüb.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, DQİDK sədri rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında səfirə ətraflı məlumat verərək ölkəmizdə mövcud tolerantlıq, dinlərarası münasibətlər haqqında danışıb.
Qeyd olunub ki, bu gün dünyada, xüsusən Avropada, yaxın şərqdə dinlərarası münaqişələr yaşansa da, Azərbaycanda bu cür hallar mövcud deyil.
Görüşdə həmçinin Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən, din sahəsi ilə bağlı məsələlər müxtəlif aspektlərdə müzakirə olunub.
BƏXTİYAR