27 Sentyabr 2020 10:30
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı evin pəncərə çərçivəsi qarsalanıb. Bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com