1 Oktyabr 2020 13:07
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 11-dən martın 27-dək olan müddətdə rayon ərazisindəki 1 evdən 1910 manat dəyərində qızıl-zinət əşyaları və 1 aptekdən 743 manat pul oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağayev saxlanılıb.


Müəllif: Hacı Zeynalov