2 Oktyabr 2020 12:35
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 1-də saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Həcər Allahverdiyeva vurulub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Müəllif: Hacı Zeynalov