Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət edən Abşeron rayon sakini S.Əlibalayeva sentyabrın 29-da rayon ərazində bir nəfərin onun içərisində 205 manat pul, qızıl-zinət əşyası və bank kartı olan pul qabısını açıq talama yolu ilə aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Qəhrəmanov saxlanılıb.