3 May 2014 11:59
3 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atamın "beşinci kolon"un üzvü olması barədə deyilənlər cəfəngiyyatdır". Bunu Teleqraf.com-a açıqlamasında Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqının (RATİ) rəhbəri Abbas Abbasovun oğlu, millət vəkili Aydın Abbasov atası haqqında mətbuatda yazılanlara münasibət olaraq bildirib.

Politoloq Elxan Şahinoğlu Abbas Abbasovun “beşinci kolon”un nümayəndəsi olduğunu bildirib: “Bu adam “Milyarderlər İttifaqı”nın yaradılmasında mühüm rol oynayıb. İndi şübhələr var ki, Rusiya ondan istifadə edəcək. İkincisi isə Ukrayna məsələsində Putinin mövqeyini müdafiə etdi, amma susa da bilərdi. Bütün bu məsələlərə nəzər yetirəndə Abbas Abbasovu tənqid etməyə haqqımız çatır. Abbas Abbasovu “beşinci kolon”un nümayəndəsi adlandırmaq olar".

A.Abbasov onu da əlavə etdi ki, cəfəngiyyatlara münasibət bildirmək istəmir: "Hər kəs bilir ki, Abbas Abbasov haqqında yazılanlar yalandır".

Ruslan


Müəllif: