8 Oktyabr 2020 09:30
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunun Ördüc kəndində (rayon mərkəzindən 60 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazi) ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və əşyaları yanıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1932-ci il təvəllüdlü Qeyibov Səfərəli Hacəli oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər