İşğalçı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını oktyabrın 11-də gecə saat 02 radələrində raket atəşinə tutması nəticəsində dağılan çoxmənzilli yaşayış binasının dağıntıları altında qalan sakinlərin çıxarılması işləri davam etdirilir.
AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verir ki, saat 10:20 radələrində daha bir sakinin cəsədi dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.