15 Oktyabr 2020 15:57
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon polis şöbəsinin dövlət yol polis bölməsinin əməkdaşları ictimai və fərdi nəqliyyat vasitələrində tibbi maskalardan istifadə etməyən şəxslərlə bağlı profilaktik tədbirlər keçirir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, keçirilən tədbirlər zamanı Cəlilabad rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Onlarla profilaktik söhbətlər aparılıb və tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb.

Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatdan istifadə edən sakinlərə tibbi maskalar paylanıb.

Eyni zamanda avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə bir daha ciddi xəbərdarlıq edilib ki, bu hal yoluxma riskini xeyli artırır.

Tədbir zamanı həmçinin fərdi minik avtomobillərinin sürücülərinə də tibbi maskalar paylanılıb və gigiyenik vasitələrdən istifadənin zəruriliyi bir daha onların diqqətinə çatdırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər