16 Oktyabr 2020 23:12
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya və Herseqovinada Demokratik Fəaliyyət Partiyasının (SDA) sədri və Xalq Məclisi sədrinin müavini Bakir İzetbeqoviçin yeni növ koronavirus (COVID-19) testi müsbət çıxıb.

Teleqraf.com xəbər verir ki, partiyadan verilən məlumatda Bosniya liderinin səhhətinin yaxşı olduğu bildirilib.

Bakir İzetbegoviçin əvvəllər planladığı bütün proqramlar ləğv edilib və yaşadığı evdə özünü təcrid edib.

Qeyd edək ki, Bosniya və Herseqovinada bu günə qədər 32 min 845 nəfərə COVID-19 diaqnozu qoyulub, 980 nəfər dünyasını dəyişib.

Son 24 saat ərzində 621 yeni yoluxma faktı aşkarlanıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər