22 Oktyabr 2020 12:05
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səabil rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə oktyabrın 19-da rayon ərazisindəki mənzillərin birindən 130.000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Hacızadə və Bakı şəhər sakini F.Kərimov müəyyən edilərək saxlanılıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər