22 Oktyabr 2020 13:38
1 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsinə müraciət edən Aşağı Güzdək qəsəbə sakini İ.Söhbətov oktyabrın 20-də Xırdalan şəhəri ərazisində idarə etdiyi “Nissan” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfərin onu hədələyib 20 manat pulunu aldıqlarını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Bəkirov və N.Rəhimov müəyyən edilərək saxlanılıblar.


Müəllif: Hacı Zeynalov