Şamaxıda rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Şamaxı rayon polis şöbəsinə oktyabrın 24-də rayon sakini Samir Əhmədovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla bu cinayət əməlinin rayon sakini Xalid Əliyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Xalid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.