Milli Məclisin iclasında çıxış edən YAP icra katibinin müavini Siyavuş Novruzov Naxçıvanın 90 illik yubileyi haqqında danışıb.
Deputat deyib ki, müstəqilliklə bağlı ilk addımlar Naxçıvandan başlayıb: “Naxçıvan blokadadadır. Hər tərəfdən düşmənlə əhatə olunub. Yalnız Türkiyə ilə 11 kilometrlik sərhədi var. Ermənistanla ən çox sərhədi olan da Naxçıvandır. Blokadaya görə, Leninqrada qəhrəman şəhər verildi. Leninqrad cəmi 2 il blokada vəziyyətində olub, Naxçıvan isə 24 ildir ki, blokadada yaşayır.
Bu il Naxçıvanın 90 illiyi, habelə müstəqilliyimizin 24 illiyi gəldiyi üçün, hesab edirəm ki, parlamentdə bu haqda düşünməli, Naxçıvanla bağlı qərar verməliyik. Bu Naxçıvanın düşmən qarşısında daha mətin olmasına da müsbət təsir göstərər”.
Nemət