5 Noyabr 2020 13:45
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda lombarda basqın edilib.

Teleqraf.com xəbər verir ki, noyabrın 4-də saat 12.45-də Nizami rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gələn Nizami rayon Mühafizə İdarəsinin əməkdaşları orada tapançaya oxşar əşya ilə hədə-qorxu gəlib, pul tələb etmiş naməlum şəxsi saxlayaraq 25-ci polis şöbəsinə təhvil verib.

Araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinən həmin şəxsin paytaxt sakini E.İsgəndərov və əlindəki tapançaya oxşar əşyanın isə alışqan tapança olması müəyyən edilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov