Ucar rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, rayonun Müsüslü kəndi ərazisində Bakı şəhər sakini M.Muxtarov idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı maneəyə vurduqdan sonra Qəzyan kənd sakini N.İsayevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.
Nəticədə xəsarət almış sərnişinlər - Bakı şəhər sakini P.Mustafayev və Lənkəran rayon sakini Rəşad Həsənov xəstəxanaya yerləşdirilib, R.Həsənov orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.