17 Noyabr 2020 13:36
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Heydərov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.

Nəticədə sərnişinlərindən Abşeron rayon sakini Ramil Sarıyev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov