20 Noyabr 2020 20:22
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın edərək 9 nəfəri girov saxlayan şəxs tələblər irəli sürüb.

Teleqraf.com xəbər verir ki, o, Gürcüstan parlamentinin təcili iclasının çağırılmasını tələb edib.

Tələblərə əsasən, qanunverici orqan ölkədə azart oyunların qadağası, kredit üzrə faizlərin 7 %-dək endirilməsi və medikamentlərin qiymətlərinin aşağı salınması barədə qərarlar qəbul etməlidir.

Basqınçının içkili vəziyyətdə olduğu bildirilir.

Təhlükəsizlik baxımından yaxınlıqda yerləşən mağaza və digər kommersiya obyektləri bağlanıb. Mikromaliyyə təşkilatının yerləşdiyi binanın sakinləri də təxliyə olunub.

19:15

Tbilisidə mikromaliyyə təşkilatına basqın olub, 9 nəfər girov götürülüb

Teleqraf.com xəbər verir ki, Tbilisidə mikromaliyyə təşkilatına basqın edən şəxs 9 nəfəri girov götürüb. Həmin şəxsərin xilas edilməsi üçün polis əməliyyat keçirir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər