21 Noyabr 17:36

Sabirabadda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 4-də rayon ərazisində “VAZ -21011 markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Kərimov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki 2 həyətdən su nasosu, antena və daha iki avtomobildən 2 ədəd təkər və 700 ədəd limon oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov