21 Noyabr 2020 13:15
1 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakini Ş.Dostəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Zakir Quliyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov