22 Noyabr 2020 22:26
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Səfurə İbrahimova evində yıxılı vəziyyətdə tapılıb.

Teleqraf. com xəbər verir ki, bu haqda sosial şəbəkədə jurnalist Əli Novruzəliyev yazıb: "Xalq artisti Səfurə İbrahimovadan 2-3 gündür ki, xəbər yox idi. Tənha yaşayan aktrisa nə çölə çıxır, nə də telefonuna zəng çatırdı. Bu gün qohumunun biri də mənə zəng edərək, "Əli, son dəfə nə vaxt danışmısan?" deyəndə məsələnin həqiqətən də ciddi olduğunun fərqinə vardıq. Qonşularının və yaxınlarının FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova evində yıxılı vəziyyətdə tapılıb. Şükür Allaha ki, başqa bir hal baş verməyib.. Aktrisanın vəziyyəti indi yaxşıdır".


Müəllif: Rəqsanə Həsənova