Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 681 m² olan ikimərtəbəli mansarda tipli evin yanar konstruksiyaları 76 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, evə bitişik ümumi sahəsi 81 m² olan talvarın taxtadan ibarət tavanı qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.