24 Noyabr 2020 14:36
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Göygöl rayon polis şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib.

Məlumata görə, polis əməkdaşları vətəndaşlardan mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edib.

Lakin görünən bu tədbirlərə baxmayaraq xüsusi karantin rejimin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinir.

Polis əməkdaşların apardıqları araşdırmalarla xüsusi karantin rejiminin tələblərini pozan vətəndaşlar barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb.

Bundan başqa rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan, lakin xüsusi karantin rejiminin tələblərinə cavab verməyən avtomobillərin sahibləri də inzibati məsuliyyətə cəlb olunublar.


Müəllif: Hacı Zeynalov